TARİXİN BU GÜNÜ (1 iyun)

 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.1 iyun Türkiyə Hərbi Hava Qüvvələrinin yarandığı gündür. Əsası 1911-ci ildə qoyulan Türkiyə Hərbi Hava Qüvvələri Türkiyə Silahlı Qüvvələrinə daxil olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Türkiyə Cümhuriyyətinin hava məkanının təhlükəsizliyinin təmin edilməsidir. Türk Hava Qüvvələri Quru qoşunlarından sonra Türkiyə Silahlı Qüvvələrinin idarəsi altında olan ən böyük 2-ci qüvvədir. Hərbi Hava Qüvvələri sülh vaxtı hava məkanını qorumaq və nəzarət etmək, müharibə zamanı isə Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinə dəstək vermək üçün yaradılıb. Baş qərargahı Ankarada yerləşir. 1 iyun Azərbaycanın əməkdar artisti aktrisa Tanilya Əhmərovanın doğum gündür. Tanilya Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olan Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaradıb. Aktrisa "Üzeyir ömrü" filmində Üzeyirin anası, " Qaynana" filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə və başqa obrazlar oynayıb.Onun oynadığı obrazlar daxilən saf,təmiz,həyatsevər obrazlardır.Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilib. Bu gün ABŞ-nın aktyoru Morqan Frimanın doğum gündür. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazanıb."Xanım Daisy'nin sürücüsü","Şouşenkdən qaçış","Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd olub.O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibidir. 1 iyun fransız ixtiraçı Nikolya Apperin anım gündür. Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli. İçindəki ət parçaları da elə. Ancaq, miqdar olaraq bir az az. Ətli və ətsiz olaraq hazırlanan paxla və göy noxud konservləri də, hələ budaqlarından qoparılmışcasına təzə və ləzzətli!" Eyni il Apper Parisin şəhərətrafılarından Massyda bir konserv fabriki qurdu. Lazımlı təzə tərəvəzi yetişdirmək üzrə, fabrikin ətrafında geniş bağçalar satın aldı.