TARİXİN BU GÜNÜ

Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür.Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib. 12 May həmçinin Ekoloji Təhsil Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltməkdə və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır.Bu gün dünyanın bir çox ölkəsində təhsil müəssisələrində uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə qeyd edilir.Ekoloji təhsil bizə təbiətlə harmoniyanı və ətraf mühitə təsiri azaltmağı öyrədir. Bu gün drijor,bəstəkar Səid Rüstəmovun doğum günüdür.Səid Əli oğlu Rüstəmov 1907-ci ilin bu günündə anadan olub. 1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri də S.Vurğunun sözlərinə bəstələdiyi «Pioner» marşı olur.1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın «Bayatı-Kürd» fantaziyası bu əsərlərindəndir. «Yaxan düymələ» və «Yadıma düşdü» xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir.Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən Xalq artisti, Dövlət mükafatı laureatı, professor S.Rüstəmovun geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Bircə bunu demək kifayətdir ki, dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi məhz S.Rüstəmova həvalə olunub .S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat edib 12 May korifey müğənni Sara Qədimovanın doğum günüdür. O, 1922-ci il mayın 31-də Bakıda anadan olub.1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışan Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb.Onun sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müasirləri deyir ki, Sara xanım gözəl müğənni olmaqla yanaşı, həm də qorxmaz vətənpərvər idi. Qastrollarda, konsertlərdə böyük uğurlar qazanan Sara Qədimova SSRİ səviyyəsində tanınan, sevilən sənətkar idi. Sara Qədimova 2005-ci il mayın bu günündə 82 yaşında vəfat edib.