TARİXİN BU GÜN 20 MAY

20 May - Ümumdünya Metrologiya Günüdür.Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır.

Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci il mayın 20-dən Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir. Bu gün həmçinin Ümumdünya Arılar Günüdür. İlk dəfə 2017-ci ildə 20 may tarixinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Ümumdünya Arılar Günü elan olunması qərara alınıb.Bu günün təsis olunmasının əsas məqsədi bal arılarının nəslinin kəsilməsi probleminə diqqəti cəlb etmək, onların əhəmiyyəti barədə, həmçinin onları necə qorumaq barədə əhalini məlumatlandırmaqdır. Qeyd edək ki, arıların nəslinin kəsilməsi təhlükəsi var və bu təhlükə bir çox amillərlə, həmçinin qlobal istiləşmə və pestisidlərdən normadan artıq istifadə edilməsi ilə bağlıdır.Arı ailələrinin azalması Avropada hələ 1960-cı illərdə müşahidə edilib. Lakin 1998-ci ildən başlayaraq bu azalma gözəçarpan dərəcədə sürətlənib.Sahə üzrə ekspertlər xəbərdarlıq edirlər ki, bitkilərin çiçəklərini tozlandıran bu arı ailələrinin azalması ərzaq təchizatı sahəsində qlobal vəziyyətə təhlükə yarada bilər. 20 May Klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin anım günüdür.Seyid Əzim Şirvani 1835-ci ildə Şamaxıda anadan olub. 1869-cu ildə burada yeni üsullu məktəb açıb və ömrünün sonunadək müəllimlik edib.Şirvaninin realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırıb. Seyid Əzim Şirvaninin ictimai mövzulu satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur.Zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazan Seyid Əzim Şirvani 1888-ci ilin bu günündə Şamaxıda vəfat edib.