SÜLHMƏRAMLILAR QARABAĞI BU TARİXDƏ TƏRK EDƏCƏKLƏR

Mən əvvəldə demişəm, indi də deyirəm – Rusiya sülhməramlıları 3 ildən sonra Qarabağı tərk edəcəklər. Bunu Qarabağdakı separatçı rejimin qondarma təhlükəsizlik şurasının sabiq üzvü Samvel Babayan Ermənistan mətbuatına müsahibəsində bildirib. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını istədiyini deyən Babayan hesab edir ki, rus hərbçilərinin ərazidən getməyəcəklərinə nəyin bahasına olur – olsun, Qarabağda qalacaqları kimi bütün bəyanatlar reallıqdan uzaqdır. Sülhməramlıların getməsi, Qafqazdan çıxması demək olacaqamı sualına isə cavabında Babayan, biz belə düşünürük ki, onlar Qafqazı tərk edirlər. Ancaq onlar Ermənistanı özlərininki hesab edirlər. Ona görə də Qafqazı tərk edəcəklərini düşünmürlər – deyə bildirib.