TARİXDƏ BU GÜN (9 aprel)

Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. Bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.

Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. 1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub. «Üzeyir ömrü» bədii televiziya filmində Hacıbəyovun obrazını yaratmış, 1995-ci ildə İstanbulda Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasını tamaşaya qoymuşdur. Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı il 56 yaşında vəfat edib. Dünyada ilk dəfə 9 aprel 1860-cı ildə səs yazılması həyata keçirildi. Parisli ixtiraçı Edouard-Leon Scott de Martinville tərəfindən baş tutan səs yazısı təəssüflər olsun ki, dinlənilə bilmədi. Yalnız 27 dekabr 2008-ci ildə sözü gedən səs yazısı açıla və səsə çevrilə bildi. Bu hidəsədən 17 il sonra məşhur ixtiraçı Tomas Edison dinlənilə bilən səs yazısı etdi. 20-ci əsrin sonlarına yaxın ən böyük kəşflərdən biri də fərdi komputerlərin ixtirası idi. Fərdi komputerlərin ixtirasına qədər komputerlərin həcmi böyük və yalnız şirkətlər üçün nəzərdə tutulmuşdur. Fərdi komputerlərin istifadəsini asanlaşdırna qurğulardan biri də mouse-dur. Kaliforniyalı Doug Engelbart Berkley 1960-cı ildə fərdi komputerlər üçün ilk mouse-ni hazırlayıb. 9 aprel 1989-cu ildə kompüter mouse-nin ixtirası üçün Engelbart 10 min dollar dəyərində bir mükafat alıb və O, bu ixtiradan aldığı bütün mükafatları xeyriyyə fondlarına vermişdir.