TARİXDƏ BU GÜN 7 MAY

7 may radio günüdür.Bu tarixin Radio Günü olaraq seçilməsinin səbəbi Aleksandr Stepanoviç Popovun 7 may 1895-ci ildə icad etdiyi radionu müvəffəqiyyətli bir şəkildə təqdim etməsindən irəli gəlir.

Məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı məruzəylə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim edib.Bundan sonra Popov, Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbdə Nikola Tesla və ya tarixən Guglielmo Marconi radionun ixtiraçısı olaraq qəbul edilməkdədir.1945-ci il mayın 7-də SSRİ radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram edib. Bununla əlaqədar olaraq, 7 may tarixini hər il “Radio günü” kimi qeyd etmək qərara alınıb.Bu səbəbdən bu gün televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur. Bu gün Görkəmli rəssam Əzim Əzimzadənin doğum günüdür. Əzim Aslan oğlu Əzimzadə 1880 ci il mayın 7-də Bakının Novxanı kəndində anadan olub. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və s. jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə biliblər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Rəssamlıq Texnikomunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.Görkəmli rəssam 1943-cü il may ayının 15-də Bakıda vəfat edib. Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılıb. Bu gün həmçinin dünya musiqi auditoriyasının qəlbini fəth edən ilk rus bəstəkarı Pyotr İliç Çaykovskinin doğum günüdür.O, 7 may 1840-cı ildə anadan olub. Çaykovski musiqisi özünün nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir.Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə edib. Su pərisi ,Yevgeni Onegin , Fərsiz , Çəkmələr , Cadugər, Qəliz qadın operalarının, Yatmış gözəl , Fındıq qıran baletlərinin, Slavyan marşı , Könüllülər donanmasının marşı, orkestr üçün əsərlərin müəllifi olsa da, sanki "Qu gölü" baleti onun şah əsəridir. Çaykovskinin adı gələndə ilk məhz bu əsər yada düşür.Pyotr İliç Çaykovski 6 noyabr 1893-cü ildə 53 yaşında vəfat edib.