TARİXDƏ BU GÜN (6 May)

6 may - İnsan Alverinə Qarşı Mübarizə Günüdür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb.

Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.Günün keçiriliməsinin əsas məqsədi insan alveri və onun fəsadları barəsində ictimaiyyəti məlumatlandırmaq, insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiya,eləcə də bu sahədə beynəlxalq hüquqi əməkdaşlıq, norma və konsepsiyalara dair məlumatlılığın artırılmasıdır. Bu gün dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoyan psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freydin doğum günüdür. O 6 may 1856-cı ildə Avstriya İmperiyasının Moraviya vilayətində doğulub. Freyd miliyyətcə yəhudi olub. O, ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.O, “Yuxuların yozulması”, “Totem və tabu”, “Ləzzətin o tərəfində”, “Bir illüziyanın gələcəyi” əsərlərinin müəllifidir.Məlumat üçün onu da qeyd edək ki, Z.Freyd tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. O 1939 cu ildə 83 yaşında vəfat edib 6 May şair, dramaturq , tərcüməçi Məmməd Rahimin anım günüdür.Şair 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulub. 1928-ci ildə APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olan Məmməd Rahim eyni zamanda tərcüməçilik edib.O Azərbaycan ədəbiyyatında, incəsənətində öz dəstixətti olan Azərbaycanın xalq şairi, Azərbaycanın Əməkdar incəsənət xadimidir. Məmməd Rahim Azərbaycan ədəbiyyatına “Xaqani” mənzum dramı, “Sayat Nova”, “Natəvan” poemaları kimi əvəzolunmaz töhfələr bəxş edib.”Arzu qız”, “Vətən sevgisi”, “Səhərin nəğməsi”, “Abşeron torpağında”, “Balaca bağbanlar”, “ Leninqrad göylərində”və s. bu əsərlər Məmməd Rahimin maraqlı əsərlərindəndir.Onun bir çox əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilib. Məmməd Rahim bir sıra orden və medallara layiq görülüb.Görkəmli şair 1977-ci ilin bu günündə Bakıda vəfat edib.