TARİXDƏ BU GÜN(2 May)

Mayın 2-i Ümumdünya Ton Balığı Günü kimi qeyd olunur. Bu qərar 2016-cı ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə planetimizin əhalisinə bu növ balıqların dəyərini, qarşılaşdığı təhlükələri, iqtisadi və sosial faydaları barədə məlumatlandırılmaları məqsədilə qəbul edilib.

Ton balığı - skumbriya (Scombridae) ailəsinin orkinos cinsinə aid bir balıq növüdür. Dünyada çox önəmli bir qida balığıdır.Tropik və subtropik okean sularında yaşayır. Təbiətdə böyük ölçüdə və çəkidə fərqlənən təxminən 40 növ ton balığı var. Hər il dünyada 7 milyon tona yaxın ton balığı tutulur. Lakin son dərəcə balıq ovunun çoxalması, insan fəaliyyətinin yaratdığı ekoloji təhlükələr və iqlim dəyişikliyinin təsirləri sayəsində keçən onilliklərlə müqayisədə, ton balığının populyasiyası və yaşayış sahələrinin arealı bir qədər azaldı.Buna görə Birləşmiş Millətlər Təşkilatı və xüsusilə Qida və Kənd Təsərrüfatı Təşkilatı okeanların qiymətli sakinlərini qorumağa çalışır və bununla bağlı lazımi tədbirlər görür. Əyər bu cür tədbirlər görülməsə yaxın gələcəkdə ton balığının populyasiyası əhəmiyyətli dərəcədə tükənə bilər. Bu gün həmçinin beynəlxalq astronomiya günüdür. İlk dəfə 1973-cü ildə Duqlas Berqerin təklifi ilə astronomiya günü bayram olaraq keçirilməyə başlayıb. Bayram hər il aprelin ikinci yarısı ilə may ayının birinci yarısı arasındakı şənbə günündə qeyd olunur. Maraqlıdır ki, məhz həmin şənbə günü ayın dörddən bir hissəsi görünür. Bu günü qeyd edən dünya astronomları həm də insanların diqqətini məşğul olduqları elm sahəsinə yönəldirlər. 2 may Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı Leonardo di ser Pyero da Vinçinin xatirə günüdür.Leonardo 15 aprel 1452-ci ildə Florensiya Respublikasının ərazisində Vinçi şəhəri yaxınlığında Ankiano kəndində dünyaya göz açıb. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan Leonardo da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. 1516-cl ildə Fransa kralı I Fransiskdən dəvət alır və Fransaya köçərək ömürünün sonuna qədər burada yaşayıb yaradır.Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz “Mona Liza” portreti və “Sonuncu Şam yeməyi” əsəridir.Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə Kanadanın “National Library and Archives”də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib. Leonardo da Vinçi ikinci minilliyin adamı seçilib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.O 1519-cu ilin bu günü 67 yaşında vəfat edib.