TARİXDƏ BU GÜN (11 aprel)

Hər il aprelin 11-də Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir.

Həmin günün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır. Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən - 40, hətta 35 yaşda da üzləşmək mümkündür.Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrum olma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəliyin adı və onunla mübarizə günü, Xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinsonla bağlıdı. Alim, 1755-ci il aprelin 11-də doğulub və bu xəstəliyi “titrəyən iflic” adlandırıb. 1905-ci il 11aprel tarixində alman alimi Albert Eynşteyn tərəfindən xüsusi nisbilik nəzəriyyəsi haqqında açıqlama verilmişdir. Xüsusi nisbilik nəzəriyyəsinə görə zamanın gedişi sistemin hərəkətindən asılıdır və zaman intervalları elə şəkildə dəyişir ki, hər hansı hesablama sistemində işığın sürəti daimidir. "O olmasın, bu olsun", "Yenilməz batalyon", "Ulduzlar sönmür", "Tütək səsi", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm.." kimi filmlərdən xatırladığımız unudulmaz usta sənətkar İsmayıl Osmanlı. 11 aprel 1902-ci ildə Şəkidə kasıb ailədə doğulub. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. 22 iyun 1978-ci ildə 76 yaşında vəfat edib.