TANINMIŞ RƏSSAMLAR ŞİMAL BÖLGƏSİNİN TURİZMİNİ RƏSMƏ KÖÇÜRÜRLƏR

Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə Qubada sayca 3-cü olan rəngkarlıq simpoziumu keçirilir. Dövlət Turizm Agentliyindən bildirilib ki, oktyabrın 24-nə kimi davam edəcək simpoziumda Azərbaycanın Əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Diana Əliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştirak edirlər.