TANINMIŞ RƏSSAMLAR ŞİMAL BÖLGƏSİNİN TURİZM İMKANLARINI RƏSMƏ KÖÇÜRÜB

“Şahdağ” turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə “Art Zone Week” adlı rəngkarlıq simpoziumu təşkil olunub. Simpozium çərçivəsində ölkənin tanınmış rəssamları sərbəst mövzularda möhtəşəm rəsm əsərləri yaradıblar .

Martın 3-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Şahdağ" Turizm Mərkəzində "Art Zone Week" adlı rəngkarlıq simpoziumu çərçivəsində Azərbaycanın tanınmış rəssamlarının yekun sərgisi keçirilib. Şahdağ turizm mərkəzinin baş meneceri Rodrix Lefler müsahibəsində Simpoziuma ev sahibliyi etdikləri sərgidən məmnunluğunu ifadə edib Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev təşkil olunan görüşün əhəmiyyətindən danışaraq vurğulayıb ki, simpozium çərçivəsində məktəblilərin rəssamlar ilə görüşləridə təşkil olunub. Layihənin məqsədi rəssamların gözü ilə şimal rayonlarının gözəlliklərinə fərqli formada baxaraq bölgənin turizm imkanlarını təbliğ və təşviq etməkdir. Ümumillikdə Müşahidə edən, sirli, sehrli təsvirlər yaradan 14 rəssam həftə ərzində Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq müxtəlif mövzularda rəsm əsərləri ərsəyə gətiriblər. Xatırladaq ki, "Art Zone Week" simpoziumu artıq ikinci dəfədir ki, təşkil olunur rəssamların əl işləri mart ayının sonunadək "Şahdağ" mehmanxanasında sərgilənəcək və simpoziumun qaydalarına əsasən bu əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.