TANINMIŞ QAZAX ŞAİRİN KİTABI AZƏRBAYCANDA ÇAP OLUNUB

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib. Tədbirdə kitabın layihə rəhbəri, şair-publisist, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı nəşrin ərsəyə gəlməsindən söhbət açıb.Qazax şairinin şeirlərini dilimizə tərcümə edən Dünya Gənc Türk Yazarlar Birliyin Məsləhət Şurasının üzvləri - şairlər İbrahim İlyaslı və Rəsmiyyə Sabir bildiriblər ki, kitabda Azərbaycan və qazax türkcəsindən əsərlər yer alıb.Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitab haqqında fikirlərini bölüşərək, belə təqdimatların sayının çox olmasını arzulayıb.Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar kitabın müəllifinə Birliyin 25 illik yubiley mükafatını təqdim edib. Daha sonra müəllifin imza sessiyası keçirilib.Qeyd edək ki, Nəfis şəkildə nəşr edilən kitabın rəyçiləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova ilə Füzuli Məcidli, koordinatoru isə Mahmud Kaşqarlı Fondunun məsul əməkdaşı, filoloq-alim Xəyalə Zərrabqızıdır. “Üşüyən küçələri” şairlər – Elşən Əzim və İntiqam Yaşar redaktə edib.