TALABIQIŞLAQDA YENİ TİBB MƏNTƏQƏSİ TİKİLİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə yenicə tikilmiş Talabıqışlaq kənd tibb məntəqəsindəki şəraitlə yaxından tanış olub.