TAİLANDDA YERLƏŞƏN BİR OTELİN DİGƏRLƏRİNDƏN FƏRQİ NƏDƏDİR?

 Günümüzdə texnologiyanın inkişafı özəl həyatımıza çox təsir edib. Təsirdən kənarda qalmayan bir şey də insanların isirahət etmək üçün seçdiyi yerlərdir. Seçim zamanı bir çoxu üstünlük kimi meşələr, dağlar seçir. Ümumi şəkildə desək doğaya üz tutur.

Balon formasında tikilən otellər hal-hazırda dünyada trend halına gəlib.İndi bütün dünyada bu xüsusi otellərə rast gəlirik, burada ümumiyyətlə tamamilə şəffaf bir qabarcıqda qalırsınız.Şimal işıqlarının bəzilərini yatdığınız yerdən seyr etməyə imkan verir, digərləri isə qarşınızda 360 dərəcə möhtəşəm təbiət mənzərələrini təqdim edir. Taylandın şimalında yerləşən "Anantara Golden Triangle Elephant Camp & Resort" otelində açılan balon otaqları, ətrafınızda gəzən fillərlə vəhşi bir təbiətin qəlbində qalmaq imkanı verir. Bu unikal təcrübə otel qonaqları üçün əlavə bir seçimdir. Otel gələn qonaqlarına 22 kvadratmetrlik bir yaşayış sahəsi təklif edir. Otaqların pəncərələrindən Mekonq və Ruak çaylarının mənzərəsini seyr etmək isə bu otelə ayrı bir gözəllik qatır. Tailandın küçələrindəki çətin şərtlərdən xilas olmuş və vəhşi vəziyyətdə qalmayan filləri qoruyan "Golden Triangle Asian Elephant Foundation" düşərgəsində 22-yə yaxın fil yaşayır. Düşərgə və otelin bağları bir-birinə bağlı olduğundan, fillər ərazidə sərbəst hərəkət edə bilər. Otelin otaqlarından ətrafda gəzişən nəhəng filləri izləmək sizin istirahətinizə ayrı bir zövq qatacaqdır.