Keçmiş adı Hacıxan Dəhnə olan Qrızdəhnə kəndi Baş Qafqaz silsiləsinin yamacında, Qudyalçayının sahilində, Qrız kəndi yaxınlığında dağ dərələrinin düzənə çıxdığı yerdə, dəhnədə yerləşir.
Bu yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranıb.Qrızdəhnəlilər haqlı səbəbdən yurd yerlərinin heyran olunası təbii mənzərəsi ilə öyünür.Bu kəndin sakini olmaq sağlam yaşama, saf həyat tərzinə sahiblənmək deməkdir.Bu yerləri ilk dəfə görüb, gəzib,tanıyanlar təbiətin sehrini, insanların qonaqpərvərliyini çətin unudar. Sevindirici haldır ki,bu gün dövlətimizdə kənd əhalisinin, xüsusən də ucqar dağ kəndlərimizdə yaşayan həmvətənlərimizin yaşam vəziyyətlərinin daha da yaxşılaşdırılması, sosial məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən qrızdəhnəlilər də bəhrələnir. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Qrızdəhnə kəndində keçirdiyi səyyar görüş-qəbul da məhs bu məqsədə xidmət edirdi.Rayonun Əlik İnzibati Ərazi Dairəsi tərkibindəki Haputlu, Əlik, Cek, Qrız və Qrızdəhnə kənd sakinləri ilə görüşdə bu yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yol-infrastruktur, kommunal xidmət sahələrinin yaxşılaşdırılması məsələləri ətraflı müzakirə olunub. Füsunkar təbiətli ərazilərdə turizm sektorunun, xüsusən kənd turizminin inkişaf perspektivlərindən söhbət açılıb.Vətəndaşların arzu və istəklərini dinləyən icra başçısı Ziyəddin Əliyev qeyd olunan məsələlərin təcili həlli məqsədilə aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verib. Çıxış edənlər son dövrlər ölkəmizdə, həmçinin də Qubada həyata keçirilən sosial-iqtisadi, yol-infrastruktur, tikinti quruculuq işlərinin geniş vüsət almasına görə dövlət başçımız İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.İcra başçısı bu istiqamətdə Qubada həyata keçirilmiş və hazırda icrası davam etdirilən sosial xarakterli layihələr barədə ətraflı məlumat verib.Qubada kənd yollarının əsaslı təmir olunması işlərinin, yaşayış məntəqələrinin, xüsusən ucqar dağ kəndlərinin qazlaşdırılmasının, yeni təhsil müəssisələrinin tikintisinin, modul tipli məktəblərin quraşdırılmasının, yeni sahibkarlıq obyektlərinin yaradılmasının, təmir-abadlıq, tikinti-quruculuq işlərinin geniş vüsət almasının əhali tərəfindən razılıqla qarşılandığı xüsusi vurğulanıb.Gələcəkdə bu yönümdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.Qeyd edək ki, Qrızdəhnə kəndində keçirilən səyyar görüş-qəbuldan sonra Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu kənddə fəaliyyət göstərən turizm obyektlərinə baş çəkib, xidmətin keyfiyyəti və qiymətlərin səviyyəsi ilə maraqlanıb. İcra başçısı son dövrlər Qubaya turist axınının artmasından istifadə edən bəzi işbazların süni qiymət artımı etmələrinin yolverilməz olduğunu bildirib.Və bu cür hallara yol verənlərə qarşı sərt mübarizə üsullarından istifadə olunacaq.