SƏRNİŞİNLƏR AVİAŞİRKƏTLƏRDƏN NİYƏ NARAZIDIRLAR ?
Baxış sayı: 497
İyunun 15 – dən etibarən Azərbaycan milli aviadaşıyıcısı Rusiya şəhərləri ilə hava əlaqəsini bərpa edir. Dünəndən etibarən Azal və Buta Airways aviaşirkətləri Heydər Əliyev Beynəlxalq aeraportundan Moskva, Sankt –Peterburq, Həştərxan, Mineralnıe Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə həyata keçirəcək. Ötən gün Moskvanın Vnukova hava limanı ilə yanaşı Bakıdan daha bir reys Damadedova hava limanına eniş edib. Ümumilikdə isə Bakı – Moskva – Bakı marşrutu üzrə reyslər gündə iki dəfə həyata keçiriləcək. Moskva və Rusiyanın digər şəhərlərinə iyunun 15 – dən aviareyslərin açılması sərnişinləri sevindirsə də, ancaq biletlərin qiymətinin baha olması onların narazılığına səbəb olub. Məsələ ilə bağlı Azal aviaşirkəti ilə əlaqə saxlasaq da, ancaq qurumdan kanalımıza heç bir bilgi verilmədi. Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyyə olunur.