SƏRBƏST GÜLƏŞÇİMIZ HACI ƏLİYEV TOKİO OLİMPİADASININ FİNALINA YÜKSƏLİB
Baxış sayı: 1081
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio Olimpiadasının finalına yüksəlib. İdmançımız finala vəsiqə uğrunda görüşdə Hindistan təmsilçisi Bacranq Bacranq ilə qarşılaşıb. Görüş Azərbaycan pəhləvanının 12:5 hesablı qələbəsi ilə başa çatıb. Bununla da idmançımız ən azı gümüş medalı təmin edib. Güləşçimizin finaldakı rəqibi yaponiyalı Takuto Otoquro olacaq. Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan Hacı Əliyev birinci görüşdə seneqallı Adama Diattaya qalib gəlib – 4:0. Güləşçimiz dörddəbir finalda Qazaxıstan idmançısı Daulet Niyazbekovu 9:1 hesabı ilə məğlub edib. Dünya və Avropa çempionatlarının üçqat qalibi olan otuz yaşlı Hacı Əliyev “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medala sahib olan idmançımız dörd il sonra “Minsk-2019”da aktivinə qızıl medal yazdırıb. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu adını qazanıb.