Novruzla bağlı elə şirniyyatlar varki, hazırlanması çətin olduğundan çox adam onu bişirməyə həvəs göstərmir. Onlardan biri də xalq arasında səməni havası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. səməni halvasını başqa şırniyyatlardan fərqləndirən xüsusiyyətlərdən bir onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında yalnız təbii məhsullardan hazırlanmasındadır.
Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatllarını geridə qoyur. Azərbaycanda uzun illər əvvəl məskunlaşan Ahıska türkləri bu halvanı tamam başqa şəkildə hazırlayırlar. Novruz bayramı ərəfəsində hər il qonşular yığılıb birlikdə bir sutka boyunca dayanmadan qarışdıraraq bişirirlər.
Ahıska türklərinin Sümələk bişirərkən bir adətləridə var, sumələyin içinə hərə bir daş ataraq niyyət tutur. Sümələk qaynadıqca daşlar bir-birinə dəydir və marağlı bir səs çıxır və bu səslə birlikdə sümələk bir sutka ərzində bişib hazır formaya gəlir.