"SƏDƏRƏK"TM-NİN TÜRKİYƏYƏ GÖNDƏRDİYİ YARDIMLAR MƏNZİL BAŞINA ÇATIB

" Sədərək " Firmasından qardaş Türkiyənin dəhşətli zəlzələ baş vermiş bölgələrinə göndərilən yardımlar, firmanın səlahiyyətli nümayəndəsi İlkin Qədimovun başçılığı ilə mənzil başına çatdırılaraq aidiyyatı qurumlara təhvil verildi. Qeyd edək ki, təbii fəlakətin ilk günündən Sədərək Ticarət Mərkəzi rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradıb və bütün bu yardımlar səfirliklə koordinasiyalı şəkildə, onların təqdim etdiyi ehtiyac siyahısına uyğun olaraq hazırlanır.