"SƏDƏRƏK"TM BU DƏFƏ DƏ TÜRKİYƏYƏ YARDIM ÜÇÜN BİRLƏŞDİ
Baxış sayı: 370
Ölkənin ən böyük topdansatış bazarlarından biri olan Sədərək Ticarət Mərkəzi də qardaş ölkə Türkiyədə baş verən və 10 şəhəri dağıntılara məruz qoyan güclü zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına qoşulub. Hadisə baş verən gündən Sədərək TM-də Hacı Ənvər Qədimbəylinin rəhbərliyi ilə xüsusi qərargah yaradılıb. Bir neçə gündür ki, Sədərək TM rəhbərliyi və burada fəaliyyət göstərən sahibkarlar könüllü olaraq çalışır, yardım əli uzadırlar. Türkiyəyə çarpayılar, uşaq, qadın və kişilər üçün isti paltarlar, ayaqqabılar toplanıb. Artıq qardaş ölkəyə 3 TIR geyim malları göndərilib. Hal hazırda da yardımlar davam edir. Həm TM rəhbərliyi, həm də könüllü sahibkarlar bu işdə fəal iştirak edirlər. Qeyd edək ki, təbii fəlakətin ilk günündən Sədərək Ticarət Mərkəzi rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradıb və bütün bu yardımlar səfirliklə koordinasiyalı şəkildə, onların təqdim etdiyi ehtiyac siyahısına uyğun olaraq hazırlanır.