SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNİN ƏMƏKDAŞLARI PEYVƏND OLUNDU

Sədərək ticarət mərkəzinin əməkdaşları da vaksinasiya proseslərinə qoşulub.Azərbaycanda COVID-19 virusuna qarşı vurulan vaksinlərin sayı 1milyonu ötüb.Ölkədə vaksinasiya hazırda tibb məntəqələri ilə yanaşı səyyar şəkildə aparılır.Beləki, növbəti səyyar xidmət zamanı ölkənin iri ticarət mərkəzlərindən biri olan "SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNİN" əməkdaşları da koronavirus əleyhinə peyvənd olundu.Qeyd edəkki,əməkdaşlara Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulur.Vaksinasiya olunacaq hər bir əməkdaş öncə müayinədən keçir, onların təzyiqi, temperaturu və digər sağlamlıq imkanları yoxlanılır, daha sonra isə peyvənd olunurlar.Qeydedəkki,vaksinasiya prosesini sürətləndirmək üçün TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunmağa davam edir. Həmin briqadalar istər dövlət istərsədə, özəlqurumların müraciətləri əsasında həyata keçirilir.