Azərbaycanın Qarabağ bölgəsindən müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib. Rusiya MN – nin verdiyi bilgiyə görə
sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 9 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Qeyd edək ki, son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəsin pozulması faktı qeydə alınmayıb. Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya Prezidentləri, Ermənistan Baş Nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının III bəndinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.