SÜLHMƏRAMLILAR QARABAĞDAN ÇIXMAĞA HAZIRLAŞIR?

Rusiya sülhməramlı kontingenti Laçın rayonunda daha bir müşahidə məntəqəsini ləğv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bilgi yayıb. Qurumnan bildirilib ki, sentyabrın 19-dan

Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alımayıb deyə bilgidə qeyd edilib. Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının III bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.