SÜFRƏLƏRİN BƏZƏYİ,YEMƏKLƏRİN ŞAHI PLOV

Azərbaycan milli mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Yeməklərimiz sadəcə dadı ilə deyil onların hazırlanma üsulları ilə də fərqlənir. Milli mətbəximizin incilərindən ən çox seviləni plovdur.

Plovu daha çox bayramlarda, şənlik və ziyafətlərdə hazırlayırlar. Ölkəmizdə 200 ə yaxın plov növü var. Onlar bir-birindən bişirilmə üsulları ilə fərqlənir. Plov dedikdə ilk ağlamıza milli mətbəximizin şahı olan şah plov gəlir. Süfrəmizin bəzəyi olan bu yemək vətənimizdə olduqca məşhurdur. Ayrıca zəfəranla dəmlənmiş plov yanında xuruşla bir yerdə servis olunur. Xuruş əsasən quş və qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına turş meyvələrdən qatılır. Fisincan plov bişiriləndə isə qarasına abqora, sirkə, nar ya sumax suyu tökülür.Düyüdən hazırlanan ən mükəmməl və çoxsaylı plovlar bütün dünya mətbəxlərində mövcuddur. Lakin milli mətbəximizin şahı sayılan bu plovlar olduqca tanınır və sevilir.