SUSAY KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ – QƏBUL KEÇİRİLDİ

Görüşdə hansı məsələlərin müzakirəsi aparıldı?Quba rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlər ilə səyyar görüş-qəbulları davam edir. Belə görüşlərdən biri də rayonun Susay kəndində keçirilib.

Görüşdə hansı məsələlərin müzakirəsi aparıldı,hansı müraicətlər dinlənildi?daha ətraflı süjetdən biləcəksiniz. Sakinlərin dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı var. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Susay kəndində vətəndaşlarla keçirdiyi səyyar görüş-qəbulda bu yaşayış məntəqəsinin sosial-iqtisadi vəziyyəti, əhalini maraqlandıran məsələlərin həlli yolları ətraflı müzakirə olunub. Dövlət başçısı İlham Əliyevin vətəndaşlara göstərilən diqqət və qayğı ilə bağlı verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq keçirilən görüşdə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib.Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək yerlərdə, o cümlədən də Susay kəndində keçirilən səyyar görüş-qəbulun məqsəd və əhəmiyyətindən danışıb.İstər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib.Rayon rəhbəri bu görüşün də Susaydakı mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Səyyar görüş qəbulda istək və arzularını bildirən vətəndaşlar yerlərdə bu cür tədbirlərin təşkilinə görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.Susay sakinləri ilə keçirilən səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası nəzarətə götürülüb.Bu barədə aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verilib.