Qədim dövrlərdən insanlar tikililər yaratmağa can atıblar. Su üzərində memarlıq əsəri ucaltmaq isə həmişə mümkünsüz görünüb. Lakin insanlar bu məsələnin də həllini tapıblar.Dünyada su üzərində yaradılmış onlarla göz oxşayan əsərlərdən bir neçəsini seçib sizlərə təqdim edirik.
Bürc-əl-Ərəb, BƏƏ Tikintisi 1994-cü ildə Basra körfəzi yaxınlarında başlanan otel 1 dekabr 1999-cu ildə qapılarını müştərilərinə açmışdır. Otel dəniz sahilində əvvəldən böyük qaya bloklarının dənizə endirilməsiylə yaradılan bir adacıq üzərinə qurulmuşdur. Burc əl-Ərəb "Ərəb qülləsi" mənasını versə də, arxitektura baxımdan dənizdə üzən bir yelkəni xatırlatdığı üçün "Yelkən otel" adlandırılır. Dubayda yerləşən, sahildən 280 m aralıda süni ada üzərində ucaldılan bu otelin hündürlüyü 321 metrə bərabərdi. Qospa-od-Şkrpyela, Monteneqro Qospa-od-Şkrpyela, Monteneqroda Kotor körfəzində Perast şəhəri ilə üzbəüz yerləşən adalardan biridir. 15-ci əsrdə süni şəkildə yaradılmış adada bu əsrə adi katolik kilsəsi və kilsəyə bağlı muzey yerləşir. Bu ada Adriatik dənizində yeganə süni adadır. Venesiya adaları, ABŞ Venesiya adaları Florida ştatında yerləşən süni adaların bir hissəsidir. Bura, Biscayne, San Marco, Di Lido, San Marino, Belle Isle və Rivo Alto adlı 6 ada daxildi. Fərqli və bir birindən gözəl memarlıq üslubu ilə tikilşim ənənəvi qədim evlərlə yanaşı, müasir tikililər adaya daha da gözəllik verir. Hazırda bu ərazidə təxminən 13 000 nəfər yaşayır. Burada qırmızı binalar ucaldılıb, yaşıllıq salınıb. Cal-Mahal, Caypur, Hindistan Cal Mahal "Su Sarayı" 1750-ci ildə ördək ovu partiləri üçün Mihrace Madho Singh tərəfindən hazırlanan bir saraydı. Gölün ortasında tərk edilmiş bir xarabaya bənzəyir. Cal Mahal çəhrayı qumdaşı və klassik Rajput simmetrik üslubda inşa edilmişdir. Alçaq dağlarla əhatə olunmuş vadinin mərkəzində yerləşən saray kompleksi maharacaların yay iqamətgahı kimi də istifadə edilib. Pampus qalası, Niderland 1887 ildə tikilən edilən Pampus qalası, əvvəldə bir liman olarak inşa edildi. Qalanın inşaası 8 ilə tamamlanıb.1930-cu illərdə tərk edilən qala, ikinci dünya savaşında hollandiyalılar tərəfindən odun üçün yağmalanmışdı. Tərk edilmiş qala, yalnız 2007-ci ildə turistik məkan olaraq xalqa açılıb.Süni ada üzərində inşaa edilən Pampus qalası YUNESKO-nun ümumdünya irsinə daxil edilib. Punta-della-Doqana, Venesiya Punta-della-Doqan Venesiyanın köhnə gömrük binalarının birində yerləşən sənət muzeyidir. 1678-1682-ci illərdə tikilən bina uzun illər gömrük məntəqəsi kimi fəalliyyət göstərib. Binanı 33 illik icarəyə götürən fransiz milyonçusu və sənət kolleksiyoneri François Pinault 2008-2009-cu illərdə restavrasiya etdirərək böyük və möhtəşəm bir sənət muzeyinə çevirib. Peterholm, Danimarka Peterholm Danimarkanın ərazisində Eresunn boğazında yerləşən süni ada. Bu ada Danimarkanın paytaxtı Kopenhagen ilə İsveçin Malmö şəhərini birləşdirən Eresunn körpüsünün bir hissəsi kimi 1 iyul 2000-ci ildə inşaa edilib. Ada bioloji təcrübədir. Alimlər ümid edirlər ki, təbiət bu adanı qəbul edəcək və onun üzərində insan müdaxiləsi olmadan canlılar yaranacaq. Kansay hava limanı, Yaponiya Kansai Beynəlxalq Hava Limanı Osaka şəhərindən 5 kilometr məsafədə, Osaka körfəzində, süni adada inşa edilib. 1989-cu ildə istifadəyə verilən havalimanı 10 min işçi, 80 gəminin köməyi ilə 3 ilə inşaa edilib. 1990-cı ildə isə Havalimanını torpaq sahəsi ilə bağlamaq üçün 3 km-lik körpü salınıb.