SU İTKİSİNİN QARŞISI NECƏ ALINIR?
Baxış sayı: 582
Bağa baxrsan bağ olar deyib atalar. Amma bağa düzgün qulluq edib , bağı da bağ etmək üçün onun vaxtlı-vaxtında suvarılması gərəklidir. Əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Respublikanın ən böyük meyvəçilik rayonlarından olan Qubada rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa və təmizləmə işləri həyata keçirilir. Quba Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Samir Məmmədhüseynov rayon ərazisində 26 min 33 hektar suvarılan torpaq sahəsinin olduğunu bildirərək qeyd edir ki, əhalinin fasiləsiz və dayanıqlı suvarma suyu ilə təmin edilməsi üçün kanallarda lildən təmizləmə işləri davam etdirilir. Su kanllarının lildən təmizlənməsi işlərinin bağların və əkin sahələrinin suya olan ehtiyacını təmin edəcəyini bildirən fermerlər, su itkisinin qarşısının alınması üçün damcı suvarma sistemi quraşdırılmış intensiv meyvə bağlarına üstünlük verdiklərini vurğulayırlar.