Rusiyalı somnoloq Natalya Belozerovanın araşdırmasına görə, yuxugətirici kimi böyük dozada spirtli içki içmək yuxunu dayaz və narahat edir. Belozerova insanları yuxusuzluğun qarşısını
almaq üçün spirtli içkilərdən istifadə etməməyə çağırıb. Çünki spirt yuxunun pozulmasının mümkün səbəblərindən biridir.“Tünd içkilər həqiqətən yuxuya getmə prosesini sürətləndirə bilər. Lakin böyük dozalarda içildikdə, yuxunun keyfiyyətinin pisləşməsi qaçılmazdır. Belə hallarda yuxu səthi olur və insan yuxudan tez-tez oyanır”, - deyə həkim qeyd edib. Eyni zamanda, Belozerova spirtin təsirinin çox fərdi olduğunu və istifadə şəraitindən asılı olduğunu vurğulayıb. Əgər insan çox əsəbidirsə, spirtli içki qəbul etdikdən sonra o, daha da əsəbiləşə bilər ki, bu da yuxu problemlərini gücləndirəcək.