SOÇİDƏ KEÇİRİLƏCƏK ÜÇTƏRƏFLİ GÖRÜŞDƏN GÖZLƏNTİLƏR
Baxış sayı: 439
Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulur. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Politoloqların fikirincə Soçi görüşü ilə Avropa İttifaqının moderatorluğu ilə keçirilən Əliyev-Paşinyan görüşü arasında daban-dabana ziddiyyət təşkil edən məqamların olacağı gözlənilmir. Qeyd edək ki, Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə ayrıca görüşü də gözlənilir.