Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıblar. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bilgi yayıbHal hazırda da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bilgi yayıb. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
{youtube}MOOhsSnewvo{/youtube}