SİYƏZƏNDƏ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün

qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına siyəzənlilər də qoşulub. Siyəzən rayon ictimaiyyətinin nümayəndələri qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə rayondakı Diaqnostika Mərkəzində qan veriblər. Qeyd edək ki,toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanılacaq, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.