SİYƏZƏNDƏ BAYRAM KONSERTİ KEÇİRİLDİ.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Siyəzəndə keçirilən bayram şənliyinə şəhid,Qarabağ əlili və veteranları,yetim və valideyn himayəsindən məhrum,təhsildə xüsusilə fərqlənən uşaqlar dəvətli olublar.

Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bayram şənliyində iştirak edib,uşaqların sevinc və fərəhini bölüşüb.Tədbirdə uşaqları şənləndirmək üçün əyləncəli tamaşalar göstərilib.İcra başçısı uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə səmimi qəlbdən təbrik edib,onlara möhkəm cansağlığı, gələcək uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.Bildirilib ki, yola saldığımız 2019-cu ildə də ölkəmizdə uşaqların firəvan həyatının təmin olunması, xöşbəxt böyümələri, təhsil şəraitlərinin yaxşılaşdırılması, xüsusən balaca fidanların sağlamlıqlarının və hüquqlarının qorunması yolunda lazımı dövlət tədbirləri həyata keçirilib.Azərbaycanda çoxsaylı yeni məktəb binası və əlavə korpuslar inşa olunub,təhsil müəssisələrində əsaslı təmir aparılıb,körpələr evi və uşaq bağçaları təmir edilib və yenidən qurulub.Bu sahədə Siyəzən rayonunda da mühüm işlər görülüb.Siyəzəndə uşaq yaradıcılıq mərkəzlərinin,fiziki hazırlıq-idman müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə xüsusi önəm verilir.Və əlbəttə ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da uşaqların gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır.Ona görə bu gün bütün işlər sabah üçün – uşaqlar üçün görülür.Şənliyə gəlmiş hər bir uşağa Siyəzən rayon İcra Hakimiyyətinin bayram hədiyyəsi verilib.