SEPARATÇILAR SƏFƏRBƏRLİK ELAN EDİB

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən Azərbaycan ərazilərində qanunsuz erməni quldur dəstələrinin qalıqlarının lideri Arayik Arutyunyan “qismən səfərbərliyə” başladığını elan edib. Bu xəbəri Ermənistan mətbuatı yayıb. Qeyd edək ki, ötən gün Qarabağda erməni quldur dəstələri silahlı təxribata başlayıb, nəticədə Azərbaycan ordusunun hərbi qulluqçusu Kazımov Anar Rüstəm oğlu şəhid olub. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri cəza tədbirləri görüb, bir neçə separatçı məhv edilib.