SEPAH TERROR TƏŞKİLATI KİMİ TANINACAQ ?

Avropa Parlamenti İranın İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına əlavə edilməsi üçün Avropa İttifaqına çağırış edib. Belə ki, AP – də keçirilən səsvermədə 598 deputat qərarın lehinə, 9 – u isə əleyhinə səs verib. Parlament üzvləri son dövrlər İranda etirazçıların edam edilməsindən dəhşətə düşdüklərini bəyan ediblər. SEPAH – ın terror təşkilatları siyahısına əlavə edilməsindən sonra, bu qrupa üzvlüyə, onun iclaslarında iştiraka və simvollarını ictimai məkanlarda daşımağa görə cinayət məhsuliyyəti nəzərdə tutulacaq.