SEPAH AZƏRBAYCANI MƏHV ETMƏKLƏ HƏDƏLƏDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.Bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib. Paylaşılan

videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib. SEPAH-ın sosial media hesabında paylaşılan videoda bu sözlər yazılıb: - “Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz”.