SEL VƏ DAŞQINLARIN QARŞISI ALINIR
Baxış sayı: 1411
Dağ çayları dəli dolu, bəzən gur, bəzən də sakit axır. Yaz aylarında dağlarda qar əridikdə çaylarda sululuğun artması bağların və əkin sahələrinin su qıtlığı ilə üzləşməyəcəyinə işarə olsa da özü ilə də gətirdiyi fəsadlar az olmur. Çayların sululuğunun artması sel və daşqın təhlükəsi yaradır ki, bu da sahilboyu ərazilərdə yaşayış məntəqələrinə, yol infrastukturun, eləcə də əkin sahələrinə ziyan vurur. Bundan başqa torpağın erroziyasına, bitkgi ötrüyünun yuyulmasına yol açır. Bütün bunların qarşısının alınması üçün yaz və payız aylarında gərəkli işlər görülür.
Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşən Qubada da sel və daşqınların qarşısının alınması üçün önləyici işlər görülür. Görülən işlər sırasında Quba Suvarma Suları İdarəsi çay məcralarının təmizlənməsi, sahilqoruyucu və su istiqamətləndirici bəndlərin qurulması işlərini həyata keçirir