Bir neçə il bundan öncəyə qədər səhhətində problemi olan insanlar sağlıq turizm xidmətlərindən istifadə etməyə çəkinirdilərsə günümüzdə artıq bunun nə qədər faydalı olduğunu görürük. Sağlıq turizm daha çox ABŞ,Kanada və Qərbi Avropada populyardır. Bəs Azərbaycanda neçə sağlıq turizmin inkişafı üçün hansı əlverişli şərait var?
Sağlıq turizm dedikdə maddi, keyfiyyət və başqa səbəblərdən əlçatan tibb xidməti əldə etmək üçün insanların bir şəhərdən və ya ölkədən başqa bir şəhər və ya ölkəyə səfəri başa düşülür.Tarixdə ilk dəfə sağlıq məqsədilə bağlı səfər Qədim Yunanıstanda qeydə alınıb.Günümüzdə sağlıq turizmin geniş yayılmasının müxtəlif səbəbləri var. Bunlardan ən başlıcası,sağlıq xidmətin baha olması,keyfiyyətinin aşağı və növbələrin uzun olması və ya müalicə növünün müəyyən ölkədə qadağan olmasını göstərmək olar. Buna misal olaraq,ağ ciyər transplantasiyası ABŞ-da 300.000 dollar olduğu təqdirdə Tayvanda cəmi 91.000 dollarıdır. Pulsuz tibb olan ölkələrdə olan uzun növbələr də sağlıq turizmi artıran səbəblərdən biridir.Məlumata əsasən, pulsuz tibb xidməti olan Kanadada pasientlərin növbədə gözləməsi ortalama 94 həftədir. Bəzi ölkələrin sağlıq sığortaları isə müəyyən tibb xidmətlərini qarşılamadığı üçün insanlar ucuz müalicə almaq uçün başqa ölkələrə səfər edirlər.Azərbaycanda isə sağlıq turizm dedikdə daha çox ölkə xaricinə xüsusilə İrana və Türkiyəyə müalicə olunmaq üçün getmək başa düşülür.Ancaq buna baxmayaraq, Azərbaycanda gəlmə tibb turizmi üçün çox əlverişli şərait və potensial var.Belə ki, keçmiş SSRİ ölkələri arasında məşhur olan Naftalan, Qalaaltı, İstisu kimi bir sıra sanatoriyaların olması buna bariz nümunədir.İnsanlar arasındakı keçmiş şöhrətini istifadə etməklə çox rahatlıqla bu sanatoriyalar yenidən gəlmə tibb turizmini inkişaf etdirə bilər.Həmçinin müasir standartlara cavab verən xəstəxanalar və savadlı həkimlər olması turistləri cəlb edilə bilər.Bu prosesdə təbii ki, Azərbaycanın coğrafi mövqeyi tibb xidmətlərinin keyfiyyəti və maddi baxımdan münasib olması əsas rol oynayır.Sağlıq turizm şirkətləri ölkədən kənarda olduğu kimi, eləcə də ölkəmizə əcnəbiləri cəlb etməklə məşğul olur.Regionda digər sahələrdə inkişaf edən ölkələr arasında ilk sıralarda durduğumuz kimi, eləcə də sağlıq sahəsində olan inkişafı nəzərə alsaq əcnəbilər üçün ölkəmizdə yüksək səviyyəli sağlıq xidmətin mümkün olduğunu görərik.Belə ki, ölkəmizdə olan yüksək səviyyəli mütəxəssislər, sağlıq mərkəzlər, xəstəxanlar haqqında təbliğatı genişləndirsək əcnəbilərin ölkəmizə axınını müşahidə etmiş olarıq.
{}youtube}mCyubog2HKk{/youtube}