SAĞLAMLIĞIMIZI VƏ TƏBİƏTİ QORUYAN - ALTERNATİV ENERJİ

Dünyada alternativ enerji mənbələrindən istifadə gün keçdikcə daha da geniş əhatə dairəsinə malik olur. Sevindirici haldır ki, ölkəmizdə də bu enerji vasitələrindən istifadə olunur. Müasir dünyanının həll yollarını axtardığı bir problem də

ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Inkişaf etmiş ölkələr bu problemin həll yolları üçün elektirik enerjisindən istifadəni alternativ enerji mənbələrindən almağı üstün tuturlar. Külək, günəş, su və digər alternativ enerji mənbələrindən istifadə edib, ətraf mühiti çirkləndirmədən də elektrik enerjisi almaq mümkündür. 13 iqlim qurşağından 9-unun ölkəmizdə olması bu enerji mənbələrindən istifadəyə əlverişli şərait yaradır. Bu enerji vasitələrindən dövlət səviyyəsində istifadə ilə yanaşı hətta ev şəraitində də istifadə etmək mümkündür. Günəş və külək ətrafı çirkləməyən və bərpa olunan enerji mənbələri olaraq bizim sağlamlığımızı və təbiəti daha yaxşı qoruyur. Alternativ enerji məhsulları, misal üçün günəş panelləri, on illərlə işləmək gücündədir