Bütün dünyada məşhur olan spiral yaylı saç rezinlərinin yaranması və onu milyonçu etməsi barədə sirrini bölüşüb.Belə ki,İsveçrəli Sofi Trelles-Tvede bu rezinləri 18 yaşında olarkən universitetdə bayram tədbiri zamanı ixtira edib.
Qaydalara görə, tədbirə geyimdən başqa heç nə götürmək olmazdı. Bu səbəbdən qız saçlarını yığmaq istəyəndə evdə istifadə olunmayan telefonun naqilindən istifadə edib.Növbəti gün yuxudan ayılanda qız başının ağrımadığını görüb. Halbuki adi rezinlə saçlarını yığanda həmişə başı ağrıyırdı. O, bu barədə sevgilisinə deyir və cütlük spiral yaylı saç rezinlərinin dizaynına başlayır.Qeyd edək ki, həmin gənc hazırda Sofinin biznes müttəfiqidir.Telefon naqilləri hazırlayan kişidən kömək istəyrlər. Bu rezinlərin ilk partiyası çox görkəmsiz alınmışdı və tanışları tərəfindən rişxəndlə qarşılanır. Ancaq buna baxmayaraq, ruhdan düşmürlər.Bundan sonra rezinlər üç ədəd şəklində şəffaf qutuda qablaşdırıldı. Komplektlər beş funta (11 AZN) satılmağa başladı. Artıq Universiteti bitirdikdə Trelle-Tvedenin kompaniyasının dövriyyəsi beş milyon funt sterlinq (11 milyon 142 min AZN) idi.Hazırda onların kompaniyası təkcə yaylı rezinlər deyil, saç üçün digər aksesuarlar da istehsal edir və sahibinə ildə 16 milyon funt sterlinqdən (35 milyon 654 min 400 AZN) çox gəlir gətirir.“Forbes” jurnalı Sofi Trelles-Tvedeni “30 yaşına çatmamış ən varlı avropalılar”ın reytinq siyahısına salıb.