Rusiyada yayılan (Covid-19) infeksiyası ilə bağlı Rusiyanın “Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətı” ictimai birliyinin sədri Vaqif Məmişovun təşəbbüsü ilə Sankt-Peterburq şəhərində digər milli mədəni müxtariyyət təşkilatlarının, qeyri hökümət və gənclər təşkilatlarının, eləcə də iş adamlarının qatıldığı işçi qrupu yaradılıb.
İşçi qrupunun əsas məqsədi bu ağır günlərdə məktəblilərin təhsilə davam etməsi və ahıl insanlara maddi ehtiyaclarının ödənilməsi üçün dəstək olmaqdır.İşçi qrupunun əsas məqsədlərindən biri də distant təhsil sisteminə keçidlə əlaqədar az təminatlı və çoxuşaqlı ailələrdən olan şagirdlərin təhsilinə davam etməsi üçün onların planşetlərlə təmin edilməsidir.Ahıl insanlara dəstək proqramı çərşivəsində isə gündəlik təlabat malları və ərzaq məhsullarının onların yaşadıqları ünvanlara çatdırılması nəzərdə tutulub.İşçi qrupun işə başlamasından qısa müddət keçməsinə baxmayaraq, artıq 500 nəfər aztəminatlı və çoxuşaqlı ailədən olan orta məktəb şagirdi müasir planşetlərlə təmin edilərək, onlara distant təhsil prosesinə qatılmalarına şərait yaradılıb.Eləcədə minlərlə ahıl şəhər sakinin yaşadığı ünvana arzaq və gündəlik təlabat malları çatdırılıb.Ümumilikdə qısa müddət ərzində işçi qrup 20 min nəfərdən artıq şəhər sakininə dəstək göstərib.Bundan başqa işçi qrup Sankt-Peterburq şəhərində yaşayan və bu günlərdə maddi sıxıntılarla üzləşən həmyerlilərimizə də maddi dəstək göstərir.Xatırladaq ki, işçi qrupda bir sıra xalqların – özbək, türkmən, tacik, çeçen və digər xalqların da milli mədəni muxtariyyət təşkilatları, gənclər birlikləri aktiv iştirak edir.