SAHİBKARLARA DƏSTƏK GÖSTƏRİLƏCƏK

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla təsdiqlənən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nda dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həyata keçirir.