SABAH AZƏRBAYCANA QIŞ FƏSLİ DAXİL OLACAQ.

Qış fəsli ölkəyə dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da qədəm qoyacaq.Sabah Azərbaycana qış fəsli daxil olacaq.Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz qeydə alınacaq.

Dekabrın 22-i gecə həm də Çillə gecəsidir. Sabahdan etibarən 40 gün davam edəcək böyük çillə başlayır.Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirməyə davam edirlər.