RƏSMLƏRİ İLƏ DANIŞAN QIZCIĞAZ
Baxış sayı: 611
Günel Cavadovanın 16 yaşı var. 5-6 yaşından həvəskar şəkildə rəsm çəkib. Müxtəlif mövzularda əl işləri hazırlayır. Ətrafındakıları eişidib, onlarla danışa bilməsə də sanki rənglərin dili ilə ünsiyyət qurur. Gördüklərini, hiss etdiklərini kağızın üzərinə köçürür. Xüsusən portret janrını özünə daha yaxın bilir. Qeyd edək ki, beynəlxalq rəsm sərgisində 15 müxtəlif ölkədən 1700 nəfər müəllifin əl işi sərgilənib. İki yaş qrupu üzr keçirilən rəsm sərgisində Günel Cavadova 12-16 yaş kateqoriyasından olan iştirakçılar arasında qalib olub.