RƏSMİ BAKI PAŞİNYANIN İDDİALARINA CAVAB VERDİ
Baxış sayı: 558
Ermənistan baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir.Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib. Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb.Lakin Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır. Lakin Ermənistan baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır deyə Leyla Abdullayevaya bildiriib.