RUSLAR TOY ETMƏK ÜÇÜN AZƏRBAYCANI SEÇİR

Öz xoşbəxt günlərini xaricdə keçirmək istəyənlərin sayı artmaqdadır. Əgər 2000-ci illərin

əvvəllərində hamı füsunkar çimərlik mənzərələrinin dalınca gedirdisə və toy üçün məkan kimi Maldiv adalarını seçirdisə, bu gün cəlbedici ölkələrin siyahı sı dəyişib. Toy etmək üçün məkan kimi Azərbaycanı seçənlər də az deyil. Xaricə müxtəlif toy, bal ayı səfərləri geniş vüsət aldığından, bu istiqamətdə konkret turların meydana çıxması və belə marşrutların coğrafiyasının daim genişlənməsi müşahidə olunur. Ölkəmizdə də toy turizminin təşkili və inkişafı üçün təbiət mənzərələri, tarixilik, mədəniyyət və digər şəraitlər olduğu üçün hindistanlılar, ərəblər və ruslar bu məqsədlə Azərbaycana üz tuturlar. Hesab edirik ki, ölkəmiz turizmin digər növlərində olduğu kimi toy turizminin inkişafı istiqamətində də irəli gedə bilər. Sadəcə, müəyyən yatırımlar lazımdır.

{youtube}70I4gvLUgnQ{/youtube}