RUSİYANIN HƏRBİ – TEXNİKİ İTKİLƏRİ AÇIQLANIB

Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20% - ni təşkil edir. Bu barədə "Forbs" jurnalı hesablama aparıb. Nəşrin məlumatına görə hazırda Ukraynanın təqribən 125 min kvadrat km ərazisi Rusiyanın işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson və Zaporojye vilayətlərinin müəyyən hissələri və Krım yarımadasıdır. Fevralın 23 – dək zəbt edilən ərazilər ölkənin 7 % - ni təşkil edirdi. Nəşr eyni zamanda Rusiyanın hərbi – texniki itkilərini də hesablayıb. 13 milyard dollar. Bunlardan 6 milyard təyyarə və helikopter, 4 milyard tank və zirehli döyüş maşını, 1 milyard gəmi və katerlər, 2 milyard dolları isə digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar 750 milyon dollar dəyərində “Moskva kreyseri” 86 milyon dollarlıq İL – 76 təyyarəsi və 75 milyon dollarlıq “Sorotov” desant gəmisi olub.