RUSİYANIN BÜTÜN ŞƏHƏRLƏRİNDƏ ETİRAZLAR BAŞLAYIB
Baxış sayı: 432
Rusiyanın müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir. Sosial şəbəkələrdə yayılan bilgiyə görə, belə tədbirlər paytaxt Moskva ilə yanaşı, Sankt-Peterburq, Yekaterinburq, Tver kimi şəhərlərdə təşkil olunub. Etirazçılar “Müharibəyə Yox!” şüarı səsləndirirlər. Polis yürüş başlayandan dərhal sonra etirazçıları saxlamağa başlayıb. Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan analar da qatılıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21 – də ölkədə qismən səfərbərlik elan edib. Bundan sonra demək olar ki, Rusiyanın bütün şəhərlərində etirazlar başlayıb. Verliən son bilgiyə görə səfərbərliyə qarşı keçirilən aksiyalar zamanı mindən çox etirazçı saxlanılıb.