Rusiyadan Azərbaycana gələn vətəndaşlarımıza karantində yüksək xidmət göstərilir. 5 ulduzlu otel və təşkil olunan yüksək səviyyəli şərait, karantində qalanların razılığına səbəb olub.
Rusiyadan gələn vətəndaşlarımız Xaçmaz rayonunun Nabran qəsəbəsindəki otelə yerləşdiriliblər. Karantində oteldə qalanlar bildirirlər ki, burda hər şərait var. Rusiyadan ölkəmizə daxil olan vətəndaşlar sərhəddə yoxlanıldıqdan sonra xüsusi avtobuslarla bu otelə gətirilir. Onların bütün xərcləri də dövlət tərəfindən ödənilir. Burada karantındə olanalar minnətdarlıqlarını bildiriblər. Otel rəhbərliyi bildirir ki, hazırda 173 nəfər nəzarətdədir və onlara lazım olan şərait yaradılıb. Karantinə nəzarət edən həkim Elmar Fətullayev isə bildirdi ki, saxlanılan şəxslərin vəziyyətləri yaxşıdır. Karantin müddəti başa çatan sağlam vətəndaşlar evlərinə buraxılacaqlar.