RUSİYADA “EKOLOGİYA” FƏNNİ TƏDRİS EDİLƏ BİLƏR

Rusiyanın Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi nəzdində

İctimai Şura məktəb proqramına “Ekologiya” fənninin və əlaqədar Vahid Dövlət İmtahanının salınmasını təklif edib.

Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu fənnin tətbiqi “iqlim dəyişiklikləri şəraitində təbiət kataklizmlərinin faciəli nəticələrindən yaxa qurtarmaq” məqsədi daşıyır.Şurada hesab edirlər ki, bu cür məktəb fənni təbiət elmləri sahəsinə daxil edilməlidir. Hazırda “Bədən tərbiyəsi, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi” sahəsinə aid edilib.Şurada ekologiya fənninin nə vaxtsa VDİ-yə salınması məsələsinin qalxacağını istisna etməyiblər.Təşəbbüsün öyrənilməsi məqsədilə Rusiyanın Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin, Maarif Nazirliyinin və Dövlət Dumasının ekologiya və ətraf mühitin mühafizəsi üzrə əlaqədar komitəsinin işçi qrupunun yaradılması təklif olunub.