RUSİYADA AVİABİLETLƏRİN QİYMƏTİ 10 DƏFƏ ARTIB

Rusiyadan İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan da daxil olmaqla vətəndaşlar üçün vizasız ölkələrə yaxın tarixlərə aviabiletlərin qiyməti 10 dəfə artıb. Belə ki, xidmətlərdən birinin verdiyi bilgiyə görə, Təl-Əvivə uçuşun qiyməti Azərbaycan manatı ilə 10 773 manat, Dubaya - 10 630 manat, Astanaya isə 3 819 manatdan başlayır. Yaxın tarixlər üçün İstanbula biletlərin qiyməti 2 850 manat, Bakıya isə təxminən 3 277 manata qədər artıb. Qeyd edək ki, İrəvan və Daşkəndə aviabiletlərin qiyməti daha ucuzdur. Belə ki, İrəvana təxminən 1 852 AZN, Daşkəndə isə 1 710 AZN təşkil edir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21 – də ölkədə qismən səfərbərlik elan edib. Bundan sonra demək olar ki, Rusiya vətəndaşları üçün vizasız ölkələrə aviabiletlərin qiymətində artım müşahidə olunmağa başlayıb.